Xəzər Xəbər

“Premium Friday” kampaniyası özünü doğrultmadı

Dünya | 10:01 • 24 Fevral 2018
“Premium Friday” kampaniyası özünü doğrultmadı

Yaponiyada bir il əvvəl başlayan və əməkdaşların cümə günləri işdən tez çıxmasını nəzərdə tutan "Premium Friday” adlı kampaniya özünü doğrulda bilməyib.

Dövlət və özəl sektorun rəsmi nümayəndələri arasında aparılan sorğunun nəticələrinə görə, həmin günlərdə əməkdaşların yalnız 11 faizi işdən tez çıxıb.

Xatırladaq ki, həmin kampaniyanın məqsədi ölkədə istehlakı artırmaqdan ibarət idi. Kampaniyanın təşkilatçıları əməkdaşların həmin gün işdən tez çıxaraq əlavə vaxtlarını alqı-satqıya və restoranlarda istirahətə sərf edəcəklərini düşünürdülər. Lakin sorğunun nəticələrinə görə, həmin kampaniyanı reklam edən restoranların və digər xidmət obyektlərinin yalnız 25 faizdən azı satış həcminin artdığını bildirib. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar