Xəzər Xəbər

"Zeytun Budağı" əməliyyatında 1780 terrorçu zərərsizləşdirilib

Dünya | 11:02 • 22 Fevral 2018
"Zeytun Budağı" əməliyyatında 1780 terrorçu zərərsizləşdirilib

Türkiyənin Baş Qərargahı 20 yanvar 2018-ci il tarixində Suriyanın Afrin vilayətində başladılan "Zeytun budağı" əməliyyatları ilə bağlı məlumat açıqlayıb.

XəzərXəbər-in məlumatına görə, açıqlamada bildirilir ki, hərəkat çərçivəsində PKK/KCK/PYD-YPG və İŞİD terror təşkilatlarına qarşı quru və havadan əməliyyatlar davam edir.

Dünən əməliyyatlar nəticəsində terror təşkilatlarının 65 üzvü zərərsizləşdirilib.

Hərəkatın başlanğıcından etibarən zərərsizləşdirilən terrorçu sayı isə 1780 olub.

Əməliyyatlar başlayan gündən etibarən Afrinin 5 mahalında 63-ü kənd, 6-sı yaşayış massivi və 20-si strateji yüksəklik olmaqla ümumilikdə 91 nöqtə azad edilib.

Xəbər lenti