Xəzər Xəbər

Kiyevdə İkinci Dünya müharibəsindən qalan silah-sursat anbarı tapılıb

Dünya | 14:22 • 13 Fevral 2018
Kiyevdə İkinci Dünya müharibəsindən qalan silah-sursat anbarı tapılıb

Kiyev vilayətinin Makarovsk rayonunun Kalinovka kəndi ərazisində İkinci Dünya müharibəsindən qalan silah-sursat anbarı aşkarlanıb.


AZƏRTAC Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, anbarda 433 ədəd müxtəlif silah-sursat olub.


Məlumata görə, ərazidə daha çox silah-sursatın, aviabombanın olduğu ehtimal edilir. Ona görə də xüsusi qruplar tərəfindən axtarış işləri davam etdirilir. Ərazini bələdiyyə və milli polislər nəzarətə götürüb.


Makarovsk rayonunun tarix muzeyindən bildiriblər ki, bu silah-sursat 1943-cü ildən qalıb. Həmin ilin 8-9 noyabrında Makarovsk rayonunun azad edilməsi üçün döyüşlər getmişdi.

Xəbər lenti