Xəzər Xəbər

Putin gözlənilmədən bütün tədbirləri təxirə saldı

Dünya | 14:34 • 13 Fevral 2018
Putin gözlənilmədən bütün tədbirləri təxirə saldı

Rusiya prezidenti Vladimir Putin bütün kütləvi tədbirləri təxirə salıb. Bu barədə Dojd telekanalı bir neçə mənbəyə istinadla xəbər yayıb.

Qeyd edək ki, dünən prezidentin mətbuat katibi Dmitriy Peskov Vladimir Putinin soyuqladığını bildirmişdi.

Bəzi mənbələrdə isə bunun Suriya ilə bağlı olduğun deyilir.

Kremlə yaxın 3 mənbə Putinin 2 tədbiri ləğv etdiyini bildirib. Telekanal onu da bildirir ki, bazar ertəsi günü Putin Soçiyə yola düşməli idi. Lakin bazar günü axşamı səfər təxirə düşmüşdü. Sonradan bunun An-148 təyyarəsinin qəzaya uğraması ilə əlaqələnədirilmişdi.

Bazar ertəsi günü «Rusiya liderləri» müsabiqəsinin finalçıları ilə görüşmüşdü. Lakin orda səsinin batdığı üçün üzr istəmişdi. Peskov Putinin soyuqladığını, lakin qrafikində heç bir dəyişiklik olmayacağını demişdi.

Mənbələrdən biri isə təldbirlərin təxirə düşməsinin soyuqdəymə ilə yox, Suriyadakı bəzi məsələlər ilə bağlı olduğunu bildirib./faktxəbər

Xəbər lenti