Xəzər Xəbər

Bu qəzetin sahibi dəyişir

Dünya | 16:01 • 7 Fevral 2018
Bu qəzetin sahibi dəyişir

ABŞ-da müntəzəm çap olunan nəşrlər arasında yer alan "Los Angeles Times” qəzeti sahibini dəyişir.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, sövdələşmə barədə danışıqlar sona çatmaq üzrədir və yaxın zamanlarda elan oluna bilər. Sövdələşmənin ilkin şərtlərinə görə, amerikalı sahibkar Patrik Xuan Sinsyan İllinoys ştatının Çikaqo şəhərində yerləşən "Tronc Inc” kompaniyasından "Los Angeles Times” qəzetini, həmçinin Kaliforniyanın populyar "The San Diego Union-Tribune” nəşrini 500 milyon dollara alacaq.

Profil assosiasiyalarının məlumatına əsasən, "Los Angeles Times” qəzetinin tirajı son bir neçə ildə 450 mindən 650 min nüsxəyə qədər dəyişib. Marketinq tədqiqatları ilə məşğul olan "comScore” analitik kompaniyası qəzeti 31,6 milyon insanın oxuduğunu bildirib.

1881-ci ildə təsis olunan qəzet son illər ciddi maliyyə çətinlikləri ilə üzləşib. 1990-cı illərdə burada işləyən jurnalistlərin sayı 1,3 min nəfərə çatırdı. Hazırda onların sayı təxminən üç dəfə azalıb.

Xəbər lenti