Xəzər Xəbər

Senat FED-in yeni rəhbərini təsdiqlədi

Dünya | 09:59 • 24 Yanvar 2018
Senat FED-in yeni rəhbərini təsdiqlədi

ABŞ Senatı Cerom Paueli Birləşmiş Ştatların Federal Ehtiyat Sisteminin (FED) rəhbəri vəzifəsinə təsdiqləyib.

Cerom Pauel FED rəhbəri vəzifəsində Canet Yelleni əvəzləyəcək. C.Yellenin vəzifə müddəti fevral ayında başa çatır.

Qeyd edək ki, sərmayəçi bankir olan Cerom Pauel əvvəllər ABŞ maliyyə nazirinin müavini vəzifəsində çalışıb, 2012-ci ildən FED İdarə Heyətinin üzvü olub.

Xəbər lenti