Xəzər Xəbər

Ərdoğan Putinə “Zeytun budağı”nın sirrini açdı

Dünya | 09:45 • 24 Yanvar 2018
Ərdoğan Putinə “Zeytun budağı”nın sirrini açdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

XəzərXəbər "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ikitərəfli əlaqələrin müzakirə olunduğu telefon danışığında Türkiyənin Afrində həyata keçirdiyi hərbi əməliyyat, o cümlədən Suriyadakı hadisələr haqqında fikir mübadiləsi aparılıb.

Ərdoğan "Zeytun budağı” əməliyyatında məqsədin Afrin bölgəsini PYD/YPG və İŞİD kimi terror təşkilatından təmizləmək olduğunu bildirib.

Türkiyənin milli təhlükəsizliyini zəmanət altına almağı hədəfləyən bu əməliyyatın Suriyanın siyasi birliyi və ərazi bütövlüyü baxımından da əhəmiyyətli töhfə olduğunu deyən Ərdoğan Suriya məsələsində Rusiya ilə birlikdə çalışmağa önəm verdiyini vurğulayıb.

Hər iki lider Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresinin uğuru və siyasi həllinin önünün açılması üçün birgə səyləri davam etdirməkdə qətiyyətli olduqlarını diqqətə çatdırıblar.

Xəbər lenti

Çox oxunanlar