Xəzər Xəbər

İranda zəlzələ tarixi abidələri sıradan çıxardı

Dünya | 10:15 • 14 Noyabr 2017
İranda zəlzələ tarixi abidələri sıradan çıxardı

İranın qərb bölgəsində zəlzələ nəticəsində bir sıra tarixi abidələr zərər görüb.

Bu barədə İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Əli Əsgər Munisan bildirib.

"Zəlzələ Kermanşah əyalətində 5 tarixi obyektə, İlam əyalətində isə 7 abidəyə zərər verib. Onlar bərpa edilə bilər", - o deyib.

Qeyd edək ki, noyabrın 12-də İran-İraq sərhədində 7,3 bal gücündə yeraltı təkan olub. Təbii fəlakət nəticəsində İranda 407 nəfər ölüb, 6 mindən çox insan isə yaralanıb. İraqda isə zəlzələdə ölənlərin sayı 8 nəfərə, xəsarət alanlar isə 425 nəfərə çatıb./publika.az

Xəbər lenti

Çox oxunanlar