Xəzər Xəbər

2050-ci ilə qədər müharibə, 100 milyonlarla ölü DƏHŞƏTLİ PROQNOZ

Dünya | 13:11 • 7 Sentyabr 2017
2050-ci ilə qədər müharibə, 100 milyonlarla ölü

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Avropada genişmiqyaslı müharibələrdən xəbər verib.

"Rossiya 1” telekanalının "Vladimir Solovyovla axşam” proqramının qonağı olan siyasətçi dünyanın müharibələrə doğru getdiyini bildirib.

Jirinovski daha sonra potensial qaynar nöqtələri sadalamağa başlayıb.

"Avropada iki cəbhə var: Balkanlar və Ukrayna. Nə üçün Ukrayna? Müharibəni təhrik etmək üçün o bizim sərhədlərimizə daha yaxındır”, - Jirinovski qeyd edib.

Partiya sədri həmçinin vurğulayıb ki, Polşa ərazisində partizanların rusları sıxışdırması nəticəsində müharibə başlayacaq.

Jirinovskinin proqnozuna görə, belə müharibələr 2020-2025-ci illərdə baş verəcək.

"2050-ci ilə qədər bu cəbhələr tam işləyəcək. Yüz milyonlarla insan həlak olacaq”, - Jirinovski yekunlaşdırıb.

Xatırladaq ki, siyasətçi daha əvvəllər Avropa İttifaqını təhdid edərək avropalıları nüvə zərbələri ilə məhv etməyə söz verib./publika.az

Xəbər lenti