Xəzər Xəbər

Yaponiyada 5,5 bal gücündə zəlzələ

Dünya | 10:07 • 2 Avqust 2017
Yaponiyada 5,5 bal gücündə zəlzələ

Yaponiyada güclü zəlzələ baş verib.

Yeraltı təkanlar ölkənin şimal-şərqində qeydə alınıb. Ölkənin meteoroloji idarəsinin məlumatına görə, zəlzələnin episentri İbaraki prefekturasında, 10 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan edilsə də, zəlzələdən bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib. Güclü yeraltı təkanlar paytaxt regionu da daxil olmaqla, Honsü adasının mərkəzi və şimal-şərq hissəsində hiss edilib.

Dağıntı və ya tələfat barəsində məlumat verilmir.

Xəbər lenti