Xəzər Xəbər

Putin Maradonaya zəng edib

Dünya | 12:38 • 27 İyun 2017
Putin Maradonaya zəng edib

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona Rusiya prezidenti Vladimir Putinin fanatı olduğunu açıqlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Maradona Putinlə ünsiyyətdə olacağını bildirib. Maradona bildirib ki, hətta Putin ona zəng də edib: "O mənə zəng edib və Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatı üçün nəsə etməyimi istəyib. Mən Putinin fanatıyam və xahişə sevə-sevə cavab verəcəyəm. Prezidentlə şəxsi görüşdə məsələni müzakirə etmək vacibdir”. 

Xatırladaq ki, Rusiyada futbol üzrə dünya çempionatının final mərhələsi 2018-ci ilin iyun ayının 14-dən iyul ayının 15-nə qədər keçiriləcək.

Xəbər lenti