Xəzər Xəbər

Ötən il Aİ ölkələrində sığınacaq almaq üçün 1,3 milyon sorğu verilib

Dünya | 12:42 • 13 İyun 2017
Ötən il Aİ ölkələrində sığınacaq almaq üçün 1,3 milyon sorğu verilib

2016-cı ildə Avropa İttifaqının 28 ölkəsində sığınacaq almaq üçün 1,29 milyon müraciət qeydiyyatdan keçib.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadən  xəbər verir ki, bu barədə Avropa Statistika Agentliyi – "Eurostat” məlumat verib. "Keçən il Avropa İttifaqı hüdudlarında sığınacaq almaq üçün 1291785 sorğu qəbul olunub. Onlardan 1235355-i ilkin sorğulardır”, - deyə agentlik qeyd edir.

Sığınacaq almaq üçün ilkin sorğular adətən mühacirlərin Avropaya gəldikləri ilk ayda verilir. Belə nəticə çıxarmaq olar ki, 1,23 milyon rəqəmi 2016-cı ildə Avropa İttifaqına gələn qeyri-leqal mühacirlərin sayını daha dəqiq əks etdirir.

Təkrar müraciətlər isə miqrasiya xidmətlərinə ilkin sorğu rədd edildikdən sonra təqdim olunur.

Xəbər lenti

Çox oxunanlar