Xəzər Xəbər

Cərimələrə 50% endirim – SÜRÜCÜLƏR ÜÇÜN KAMPANİYA

Dünya | 14:35 • 23 May 2017
Cərimələrə 50% endirim –

Birləşmiş Ərəb Əmirliyinin Əcman şəhərində müqəddəs Ramazan ayında sürücülər üçün cərimələrə 50% endirim etmək təklif olunub. Fins.az xəbər verir ki, endirim qırmızı işıqda keçid və təhlükəli vəziyyət yaradan hadisələr istisna olmaqla bütün pozuntulara tətbiq olunacaq.

Endirimlər həmçinin, mayın 21-dək olan cərimələrə də aid ediləcək. Ödəniş yalnız polisin tətbiqetməsinin köməyi ilə mümkün ola bilər.

Nümayəndələrin dediyinə görə, bu kampaniya sürücüləri cərimələri ödəməyə və pozuntuları aradan qaldırmağa vadar edəcək. Eləcə də onları daha da "xoşbəxt” edəcək.

Qeyd edək ki, ölkədə "xoşbəxtlik” təşəbbüsü fəaliyyət göstərir.

Xəbər lenti