Xəzər Xəbər

Mançesterdə daha bir partlayış - İnsanlar təxliyyə edilib

Dünya | 15:01 • 23 May 2017
Mançesterdə daha bir partlayış -

Mançester şəhərindəki ticarət mərkəzində partlayış səsi eşidilib, insanlar binadan təxliyyə olunub. APA-nın məlumatına görə, bu barədə məlumatı "Reuters” yayıb. Hadisə şəhərin mərkəzində yerləşən "Arndale” ticarət mərkəzində baş verib. Şahidlər onlarla insanın binadan qaçdığını bildirib. "Sky News” telekanalı bildirib ki, polis ticarət mərkəzində bir nəfəri saxlayıb. Hüquq mühafizə orqanları əməkdaşları ərazini mühasirəyə alıb, insanları tez bir zamanda ərazini tərk erməyə çağırıb. Hadisənin digər təfərrüatları məlum deyil.

Qeyd edək ki, Ötən gün Mançestr Arenada amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən partlayışda ölənlərin sayı 22-yə çatıb. Hadisə nəticəsində 59 nəfər yaralanıb. Hadisəni törədən şəxs əldə düzəltmə partlayıcı vasitəni işə salıb və hadisə yerində özü də ölüb. Hadisəyə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Xəbər lenti