Xəzər Xəbər

Tovuzda 13 yaşlı qızı qaçıran şəxslə bağlı cinayət işi başladılıb AÇIQLAMA

Cəmiyyət | 10:31 • 23 May 2023
Tovuzda 13 yaşlı qızı qaçıran şəxslə bağlı cinayət işi başladılıb

Tovuzda 13 yaşlı qızı qaçıran şəxslə bağlı cinayət işi açılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, Tovuz rayon sakini Ə. Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə ilə qaçması ilə əlaqədar S. Kavazov barəsində cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, mayın 20-də Tovuzda 13 yaşlı qızın itkin düşməsi barədə məlumat yayılıb. 2010-cu il təvəllüdlü Ə.Tağıyevanın yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşdüyü açıqlanıb. Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi bildirilib. Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib.

Onun qaçdığı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəbər lenti