Xəzər Xəbər

DYP "Qarabağ" - “Qalatasaray” oyunu ilə bağlı azarkeşlərə müraciət edib

Cəmiyyət | 13:25 • 24 Mart 2023
DYP "Qarabağ" - “Qalatasaray” oyunu ilə bağlı azarkeşlərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) martın 26-da keçiriləcək "Qarabağ"-“Qalatasaray”oyunu ilə bağlı azarkeşlərə müraciət edib.

Xezerxeber.az-ın məlumatına görə, DYP-nin baş inspektoru Araz Əsgərli bildirib ki, müraciətdə azarkeşlərdən ictimai nəqliyyatdan, xüsusilə ayrılmış ekspress marşrutlardan istifadə etmələri xahiş olunub.

Qeyd olunub ki, azarkeşlər oyundan 1 saat əvvəl “Bakı Olimpiya Stadionu”una gəlməli, ictimai asayişi qorumalı, digər vətəndaşlara maneə yaratmamalıdırlar.

DYP “Qarabağ”a oyunda uğurlar arzu edib, hər kəsi iki qardaş ölkənin yoldaşlıq oyunundan zövq almağa çağırıb.

Xəbər lenti

Çox oxunanlar