Xəzər Xəbər

Bayramda sərnişindaşımalar necə həyata keçiriləcək? VİDEO

Avtobusların cədvələ riayət etməsinə dair ciddi tapşırıq verilib
Cəmiyyət | 11:41 • 16 Mart 2023
Bayramda sərnişindaşımalar necə həyata keçiriləcək?

Xəbər verdiyimiz ki, bayram günlərində bölgələrə sərnişin axınının artması müşahidə olunacaq. Eyni zamanda rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlar dəmir yolu xidmətindən, avtobuslardan istifadəyə üstünlük verir.

Xezerxeber.az məlumat verir ki, bayramla əlaqədar olaraq bəzi qurumlar gücləndirilmiş iş rejiminə keçib.

Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov "Xəbər Ertəsi"nə deyir ki, martın 15-dən 27-nə qədər sərnişin sıxlığının qarşısının alınması, eləcə də, avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafikinə ciddi riayət edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Biletlərin qiymətlərində isə hər hansı dəyişiklik yoxdur.

Dəmir Yolları qapalı səhmdar cəmiyyətinin mətbuat katibi isə Sənubər Nəzərova isə martın 18-dən etibarən Bakı-Qəbələ-Bakı və Bakı-Ağstafa-Bakı istiqamətləri üzrə sərnişindaşımaların başlanacağını bildirib.

Xezerxeber.az mövzu ilə bağlı hazırlanan videomaterialı təqdim edir:

Xəbər lenti