Xəzər Xəbər

Polisə tabesizlik göstərən sürücü saxlanılıb

Cəmiyyət | 11:22 • 23 İyun 2022
Polisə tabesizlik göstərən sürücü saxlanılıb

İunun 22-si saat 17 radələrində Biləcəri qəsəbəsi ərazisində “Lexus” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə xezerxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildiirlib ki, polis əməkdaşlarında Bakı şəhər sakini, sürücü Hümbət Nəbiyevin narkotik vasitə istifadə etməsi şübhəsi yaranıb. Onu tibbi müayinəyə aparmaq istəyərkən sürücü polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərib.

H.Nəbiyev saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə təhvil verilib.

Xəbər lenti