Xəzər Xəbər

Xəstəliyin şiddətində artım müşahidə olunur - Həkim çağırış etdi

Cəmiyyət | 351 | 12:27 • 26 Sentyabr 2021
Xəstəliyin şiddətində artım müşahidə olunur - Həkim çağırış etdi

"İlk COVİD xəstəsinin Azərbaycanda təyin olunduğu gündən koronavirus xəstələrinin müalicəsi ilə məşğulam. Həmin dövrlə müqayisədə ciddi fərqlər var".

Bunu açıqlamasında həkim-infeksionist Fərrux Sədirov deyib.

İnfeksionist bildirib ki, xəstəliyin ağırlıq dərəcəsi artıb:

"Birinci, ikinci dalğada virusun yoluxduruculuğu bu qədər sürətli deyildi. Yoluxuculuqda bu fərq açıq hiss olunur. İstər rəqəmlərin artımında, istərsə də yaş qruplarına görə yoluxan insanlara nəzər salsaq görəcəyik ki, həqiqətən də virusun yoluxdurma gücü artıb. 

İkinci bir məsələ: Öldürücülük baxımından da virusda dəyişiklik var. Xəstəliyin 5-ci, 6-cı günlərinə kimi demək olar ki, xəstələrimiz birinci, ikinci dalğalarda xəstəliyin klinik əlamətlərini yüngül formada keçirirdilər. 7, 8-ci gündən etibarən bir ağırlaşma hiss olunurdu. Artıq şəxsi kliniki müşahidələrimizə görə, xəstəliyin ağırlıq dərəcəsində ciddi artım var. Reanimasiyaya düşən xəstələrin sayı və xəstəlikdən sağalma müddətinə diqqət yetirsək görəcəyik ki, həqiqətən də xəstəliyin şiddətində bir artım müşahidə olunur.

COVİD-də ilkin əlamətlər həmişə dəyişkən olubdur. Koronavirusun əlamətləri fərddən fərdə dəyişə bilir. Kimində üst tənəffüs yolu simptomları, kimində mədə-bağırsaq simptomları, kimində isə ümumi simptomlar ön planda olur, - halsızlıq, qızdırma kimi. Bu (4-cü) dalğada digər dalğalardan fərqli əlamət görmədik. Virusun ümumi əlamətlərində bir dəyişiklik yoxdur. Amma ki, xəstəliyin ağırlıq dərəcəsində həqiqətən də dəyişiklik var.

Belə bir məqamda peyvənd olunan xəstə ilə, olunmayan arasında çox bariz fərq hiss olunur. Az da olsa vaksinasiya olunub yoluxanlar var, amma onların sayı çox azdır və bu vətəndaşlar həqiqətən də xəstəliyin klinik əlamətlərini çox yüngül şəkildə keçirirlər. Demək olar ki, süni tənəffüs dəstəyinə ehtiyac olmadan tez bir zamanda sağalma müddətinə daxil olurlar. Bu fərq aydın hiss olunur, hətta biz palatada xəstəliyi yüngül keçirən eyni yaşda peyvənd olunan və olunmayan iki şəxs arasındakı fərqi görüncə həmən ilk sualımız "Peyvənd olunmusunuzmu?", cavab "bəli" olur. Çünki peyvənd olunan şəxslərin qanında antitellər olduğu üçün virusun şiddətini zəiflədir"./Milli.Az

Xəbər lenti