Xəzər Xəbər

Uşaqların koronavirus, yaxud qrip olduğunu necə bilmək olar? - Əzələ ağrısı, dəridə problem varsa...

Cəmiyyət | 18:20 • 20 Sentyabr 2021
Uşaqların koronavirus, yaxud qrip olduğunu necə bilmək olar? - Əzələ ağrısı, dəridə problem varsa...

COVID-19 virusu bütün yaş qruplarına təsir etdiyi kimi uşaqlarda da rast gəlinir.

Xüsusilə ənənəvi təhsilin başlaması ilə koronavirusun uşaqlarda daha çox müəyyən edilə bilmə ehtimalı artır.
 
Mütəxəsisslər bildirir ki, koronavirus simptomları uşaqlarda yuxarı tənəffüs yolu infeksiyasına bənzəyir. Bu vəziyyətdə uşaqlarda koronavirus və ya qripin olduğunu müəyyən etmək üçün uşaq həkiminə müraciət etmək, yaxud PCR testinən yararlanmaq lazımdır.

Uşaqlarda koronavirusun simptomlarını aşağıdakı kimi sıralamaq olar: Hərarət, öskürək, boğaz ağrısı, burun axması-tıxanma və qrip, əzələ ağrısı, mədə ağrısı, snoreksiya, zəiflik, sinə ağrısı, ürəkbulanma, qusma, ishal, dəridə problemlər, dad və qoxu itkisi.

Qrip infeksiyası isə A, B və C viruslarının səbəb olduğu tənəffüs yolu xəstəlikləridir və simptomları bunlardır:
 
Yüksək hərarətin birdən başlaması, zəiflik, baş ağrısı, əzələ və oynaq ağrısı, öskürək, burun axması, burun tutulması, boğaz ağrısı, ürəkbulanma və qusma.
Qrip və koronavirus simptomları oxşardır. Qripdə xəstə bir insanla təmasda olduqda əlamətlər 1-4 gün ərzində, koronavirus simptomları təmasdan 2-14 gün sonra görünə bilər. Ümumiyyətlə, COVID-19 simptomları təmas sonrası  4-5 gün ərzində özünü göstərə bilir./Sfera.az 

Xəbər lenti