Xəzər Xəbər

Yeni tədris ilində 850 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərəcək

Cəmiyyət | 16:21 • 13 Sentyabr 2021
Yeni tədris ilində 850 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərəcək

"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən icma əsaslı məktəbəqədər təhsil layihəsi çərçivəsində 2021-2022-ci tədris ilində 55 rayon (şəhər) üzrə 700 məktəbdə 850 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərəcək".

Xezerxeber.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev "facebook" səhifəsində bildirib.

Nazir deyib ki, layihə təqribən 15 000 nəfər 3-4 yaşlı uşağı əhatə edəcək. 776 tərbiyəçi-müəllimin işləyəcəyi layihə regionlarda yeni iş yerlərinin yaradılması, erkən yaş dövründə təhsilin inkişafı və əlçatanlığı, eləcə də valideynlərin sosiallaşması və icma mədəniyyətinin formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Xəbər lenti