Xəzər Xəbər

Bakı Beynəlxalq Avtovağzalında vaksinasiya məntəqəsi yaradılıb

Cəmiyyət | 16:35 • 13 Sentyabr 2021
Bakı Beynəlxalq Avtovağzalında vaksinasiya məntəqəsi yaradılıb

Bakı Beynəlxalq Avtovağzal kompleksində sərnişinlər üçün COVID-19 vaksinasiya məntəqəsi yaradılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyat Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.

O qeyd edib ki, avtovağzala gələn sərnişinlərdən COVID-19 pasportu tələb olunmasa da, kompleksin ərazisində fəaliyyət göstərən ticarət mərkəzinə daxil olmaq istəyənlərdən bu tələb olunur.

“Qaydalara görə iri ticarət mərkəzlərində COVID-19 pasportunun və vaksinasiya olunduğunu təsdiq edən sənədin olması zəruridir. Digər məqam, əyər sərnişin regionda vaksin olunubsa, amma paytaxta gəldiyi zaman o vaksinin ikinci dozasını etməlidirsə, bu zaman sərnişin Bakı Beynəlxalq Avtovağzalında mövcud olan vaksinasiya məntəqəsindən istifadə edə bilər”, - deyə N. Allahyarova qeyd edib.

Xəbər lenti

Çox oxunanlar