Xəzər Xəbər

Vakant müəllim yerlərinə ərizə verənlərin sayı açıqlandı

60 mindən çox namizəd müəllim olmaq üçün müraciət edib
Cəmiyyət | 16:55 • 14 İyun 2021
Vakant müəllim yerlərinə ərizə verənlərin sayı açıqlandı

2021-2022-ci tədris ili üzrə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin elektron sənəd qəbulu mərhələsi başa çatıb.

Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, 4-11 iyun tarixlərini əhatə edən elektron sənəd qəbulu zamanı 62 242 namizəd qeydiyyatdan keçib. Miq.edu.az saytı vasitəsilə həyata keçirilən qeydiyyatda 60 627 namizəd elektron ərizəsini tamamlayaraq müraciətini təsdiqləyib.

Qeyd edək ki, namizədlərin elektron ərizəsi yoxlanıldıqdan sonra onların şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Xəbər lenti