Xəzər Xəbər

Bakıda 551 küçə dezinfeksiya edildi

Cəmiyyət | 17:15 • 24 Aprel 2021
Bakıda 551 küçə dezinfeksiya edildi

Bu gün paytaxtda növbəti dəfə gücləndirilmiş dezinfeksiya tədbirləri keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, səhər saatlarından etibarən cari ildə dördüncü, pandemiyanın əvvəlindən isə 22-ci dəfə həyata keçirilən gücləndirilmiş dezinfeksiya işləri zamanı 551 küçə dezinfeksiya olunub.

Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcəkdir.

Xəbər lenti