Xəzər Xəbər

“Yaşıl Marafon” çərçivəsində ağacəkmə aksiyası keçirildi

Cəmiyyət | 17:42 • 4 Aprel 2021
“Yaşıl Marafon” çərçivəsində ağacəkmə aksiyası keçirildi

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası təşkil olunub.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən XəzərXəbər-ə verilən məlumata görə, bu gün Bakının Xocasən qəsəbəsində keçirilən aksiyaya DGK-nin əməkdaşları da qoşulub. Ağacəkmə aksiyasında Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev də iştirak edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları və könüllülərin iştirakı ilə 2 hektar ərazidə 1600-dən artıq müxtəlif cinsli ağac əkilib.

Qeyd edək ki, bu il yaz və payız əkin mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkiləcək.

Xəbər lenti