Xəzər Xəbər

Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Fəxri xiyabanı ziyarət etdi

Cəmiyyət | 13:58 • 20 Mart 2021
Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Fəxri xiyabanı ziyarət etdi

Xalqımızın milli-mənəvi dəyərlərini və qədim ənənələrini özündə əks etdirən Novruz bayramı münasibəti ilə Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Fəxri xiyabanı ziyarət edib.

Bu barədə XəzərXəbər-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Xəbər lenti