Xəzər Xəbər

Onlar peyvənd vurdurmaya bilər

Tanınmış həkim açıqladı
Cəmiyyət | 14:55 • 16 Fevral 2021
Onlar peyvənd vurdurmaya bilər

“Sinovac” preparatı sınaqdan uğurla çıxmış vaksindir. Heç bir fəsadı yoxdur. Xüsusi risk qrupunda olan insanları vaksinasiyadan keçməyə çağırıram”.

 

Bunu açıqlamasında 26 saylı Birləşmiş Şəhər Poliklinikasının həkimi Nadir Bilalov deyib. Onun sözlərinə görə, vaksin vurdurmaq ilk növbədə insanların sağlamlığı üçündür: “İmmun sistemini qaldırmaq üçün hər kəs vaksin vurdurmalıdır. Peyvənd koronavirusdan qorunmağın ən etibarlı yoludur. Peyvənd lazımlıdır və hər kəs vaksin olunmalıdır”.

 

N.Bilalov qeyd edib ki, 18 yaşdan yuxarı hər kəs üçün vaksinasiyadan keçmək vacibdir:

 

“Yalnız hamilə qadınlar, eləcə də allergik xəstəlikləri olanlar istisnadır. Xəstəxanamızda səhər saat 8-dən axşam 5-ə qədər “Sinovac”la bağlı şöbəyə nəzarət edirəm. Hər gün xəstələrin qulluğundayam. Pasiyentlərlə də vaksin vurdurmaları barədə mütəmadi söhbətlər aparıram”./publika.az

Xəbər lenti