Xəzər Xəbər

Şəhid olduğu deyilən lənkaranlı hərbi qulluqçu sağdır - Foto

Cəmiyyət | 16:34 • 15 Dekabr 2020
Şəhid olduğu deyilən lənkaranlı hərbi qulluqçu sağdır -

"Şükürlər olsun, Allahıma, oğlum qayıtdı”.

Bu sözləri Vətən müharibəsində ermənilərə əsir düşən hərbçi Vəliəhəd Vəliyevin atası Şakir Vəliyev bildirib.


O qeyd edib ki, ailə rəsmi qurumlardan yenicə məlumat alıb:

"Azərbaycanın Ali Baş Komandanına təşəkkür edirəm. Günlərdir yolunu gözlədiyimiz oğlumuz evinə qayıtdı. Şükürlər olsun Allahıma. Danışa bilmirəm, bir onu deyə bilərəm ki, sevincimizin həddi-hüdudu yoxdur”.

Qeyd edək ki, bundan öncə Vəliəhədin şəhid olduğu xəbəri yayılmışdı. Hətta "şəhidin nəşi" oktyabrın 30-da yaşadığı Lənkərana gətirilərək, dəfn olunmuşdu.

Bir müddət sonra V.Vəliyevin sağ olması barədə sosial şəbəkədə məlumatlar yayıldı. O zaman yayılan məlumatları Şəhidin atası Şakir Vəliyev nə təkzib, nə də təsdiq edə bilmişdi. İndi isə oğlunun sağ qaldığı məlum olub. (modern)


Sevinc 


Xəbər lenti

Çox oxunanlar