Xəzər Xəbər

Vaksin vurulduqdan sonra da maskalardan istifadə etməliyik - Ramin Bayramlı

Cəmiyyət | 16:17 • 15 Dekabr 2020
Vaksin vurulduqdan sonra da maskalardan istifadə etməliyik -

Əhalinin böyük kütləsində immunizasiya yaratmayana qədər maskalardan istifadə etməliyik.

Bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brinfinqdə deyib.

R.Bayramlı bildirib ki, vasksin vurdurmaq o demək deyil ki, maskadan istifadə etmək lazım deyil.

O qeyd edib ki, vaksin vurulduqdan sonra immunitetin yaranması müəyyən bir zaman alır: "Ona görə də həm özünü, həm də ətrafdakıları qorumaq üçün müəyyən müddət maskalardan istifadəyə davam etməliyik”. (trend)

Sevinc 

Xəbər lenti

Çox oxunanlar