Xəzər Xəbər

Hansı tip kişilərin koronavirusu daha ağır keçirdiyi açıqlandı

Cəmiyyət | 15:56 • 29 İyun 2020
Hansı tip kişilərin koronavirusu daha ağır keçirdiyi açıqlandı

"Klassik tipli "brutal” kişilər koronavirusu daha ağır formada keçirir”.


"Komsomolskaya pravda”nın məlumatına görə, bununla bağlı Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin terapiya şöbəsinin müdiri, tibb elmləri doktoru, kardioloq Yana Orlova xəbərdarlıq edib.


Onun sözlərinə görə, dünyada bu yöndə bir sıra tədqiqatlar aparılıb, klinik təcrübələr də onları təsdiqləyib.


"Koronavirusu kişilər qadınlardan, yaşlılar gənclərdən, kök insanlar normal çəkili insanlardan daha ağır keçirir. Həmçinin, keçəlləşən və üzü saqqallı, necə deyərlər, klassik tipli "brutal” kişilər daha ağır xəstələnirlər”, - deyə kardioloq əlavə edib.


Yeri gəlmişkən, qeyd edək ki, rusiyalı trixoloq-həkim Olqa Koxas bu yaxınlarda bığ və saqqalın koronovirusdan müdafiə etdiyini demişdi. Onun sözlərinə görə, koronavirus o qədər kiçikdir ki, dəridən nüfuz edə bilir, bu səbəbdən insanın örtülü geyinməsi məsləhətdir.


"Saqqal və bığ isə üz tüküdür. Tüklərin müdafiə funksiyası var. Mən iddia edərdim ki, bığ və saqqal müdafiədir”, - deyə O.Koxas vurğulamışdı.

Xəbər lenti