Xəzər Xəbər

Hansı yumurta daha faydalıdır qəhvəyi yoxsa ağ?

Cəmiyyət | 14:39 • 23 İyun 2020
Hansı yumurta daha faydalıdır

Yumurta insan orqanizmi üçün ən uyğun qida məhsuludur. Onun tərkibində bütün insan orqanizmi üçün vacib olan maddələr (yağ, zülal, karbohidrat, vitamin, minerallar) ideal şəkildə balanslaşdırırlıb.


XəzərXəbər saglamolun.az-a istinadən bildirir ki, bunu tanınmış ukraynalı diyetoloq Natalya Samoylenko deyib.


Həmçinin həkim qeyd edib ki, yumurtanın qabığının rəngi onun kimyəvi tərkibi, dadı, keyfiyyəti və digər göstəricilərinə heç bir təsir etmir. Yəni ağ və qəhvəyi yumurtanın faydası eynidir.


Yumurtanın qabığının rəngi sadəcə toyuq cinsindən asılıdır. Məsələn, ağ toyuqlar ağ yumurta, qəhvəyi-qırmızı toyuqlar qəhvəyi rəngdə yumurta verir.


Bu səbəbdən dükanlarda satılan yumurtaya yalnız onun rənginə görə artıq pul verməyə dəyməz.

Xəbər lenti