Xəzər Xəbər

İntiqam Əliyev azadlığa buraxıldı

Cəmiyyət | 16:26 • 28 Mart 2016
İntiqam Əliyev azadlığa buraxıldı

Martın 28-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 179.3.2-ci, 213.2-ci, 192.2.2-ci, 308.2-ci və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Əliyev İntiqam Kamil oğlunun barəsindəki Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2016-cı il 24 fevral tarixli qərarından Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov tərəfindən verilmiş əlavə kassasiya qaydasında protestə baxaraq həmin protesti təmin edib.

Ali Məhkəmənin mətbuat xidmətindən XəzərXəbər-ə bildiriblər ki, göstərilən qərar dəyişdirilməklə İ.Əliyevə təyin olunmuş 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, 5 il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilib.

Plenumun qərarı ilə İ.Əliyev dərhal həbsdən azad olunub.

Xəbər lenti