Xəzər Xəbər

Qeydiyyata alınmayan binalardan mənzillərin satılması qadağan edilsin - TƏKLİF

Cəmiyyət | 14:16 • 28 Fevral 2019
Qeydiyyata alınmayan binalardan mənzillərin satılması qadağan edilsin -

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova dövlət reyestrində qeydiyyata alınmayan binalardan mənzillərin satılmasını qadağan etməyi təklif edir.

Trend-in məlumatına görə, bu, İnsan Hüquqları üzrə Müvəkkilin (ombudsman) "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2018-ci il üzrə illik məruzəsində qeyd edilib.

Məruzədə təklif edilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan, sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına və məskunlaşmaya qadağa qoyulsun.

Bununla yanaşı, aztəminatlı ailələrə məxsus olan və təbii köhnəlmə nəticəsində yararsız və qəzalı vəziyyətə düşən fərdi yaşayış evlərinin bərpası və ya əsaslı təmir olunması üçün mexanizmin hazırlanması təklif edilir.

Xəbər lenti