Xəzər Xəbər

Metronun “Xətai” stansiyası təmirə bağlanır

Cəmiyyət | 11:04 • 22 Avqust 2018
Metronun “Xətai” stansiyası təmirə bağlanır
Bakı Metropoliteninin "Xətai” stansiyası təmirə bağlanacaq.


XəzərXəbər xəbər verir ki, bunu "Sputnik Azərbaycan”a "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.


O bildirib ki, stansiyada 3 köhnə eskalator 4 yeni eskalatorla dəyişdiriləcək: "Bu vaxtadək işlər mərhələli şəkildə aparıldığından stansiya sərnişinlər üçün açıq olub”.

Təmir işlərinə sentyabrın ikinci yarısında başlanılacaq.

Xəbər lenti