Hər il olduğu kimi, bu
il də ölkə başçısı aprelin 20-də "1941-1945-ci illər İkinci Dünya
müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş
döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və
medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi
haqqında” sərəncam imzalayıb.
XəzərXəbər xəbər verir ki, həmin sərəncamın icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun
yerli orqanları tərəfindən birdəfəlik maddi yardım hüququ yaranan
şəxslərə vaxtında çatdırılması üçün müvafiq işlər həyata keçirilir.
Sərəncama
əsasən, muxtar respublika üzrə 928 nəfərə birdəfəlik maddi yardımın
ödənilməsi nəzərdə tutulub. 25 nəfər 1941-1945-ci illərdə İkinci Dünya
müharibəsi iştirakçısının hər birinə 1000 manat, 903 nəfər İkinci Dünya
müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul
arvadlarına, həmin illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və
medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində
döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat
zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları
yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi
dövründə Leninqrad şə- hərinin müdafiəsinə görə müvafiq medal və döş
nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin
mühasirəsi iştirakçılarının hər birinə isə 500 manat məbləğində
birdəfəlik müavinət ödəniləcəkdir.