Bu gün Bakıda və
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə
çiskinli olacağı gözlənilir. Səhər zəif duman olacaq. Cənub küləyi
əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 9-11, gündüz 19-24, Bakıda
gecə 9-11, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir. Atmosfer
təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi
rütubət gecə 75-85, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava
şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi
qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın
temperaturunun gecə 7-12, gündüz 22-27, dağlarda gecə 2-7, gündüz 11-16
dərəcə isti olacağı gözlənilir.