Xəzər Xəbər

Bakıda bədənində zorakılıq əlamətləri olan uşaq tapılıb - "Valideyləri məsuliyyətə cəlb ediləcək" - FOTO

Cəmiyyət | 11:55 • 20 Aprel 2018
Bakıda bədənində zorakılıq əlamətləri olan uşaq tapılıb -

Bakının Nizami rayonunda bədənində zorakılıq əlamətləri olan uşaq tapılıb.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadənin Publika.az-a verdiyi məlumata görə, uşaq 10 gündür sığınacağa yerləşdirilib: "Uşaq hüquq-mühafizə orqanları tərəfindən tapılıb, təxminən 6 yaşındadır. Adının Xatirə olduğunu deyir. Uşaq Ağstafa rayonunun Poylu kəndindən olduğunu bildirib. Amma Bakıda kirayə yaşayırlar. Anasının adı Nuranə, atasının adı Suracdır. Dilənçiliyə məcbur edilir. Üzərindən 11 manat pul tapılıb. Uşaq deyir ki, 10 manatdan az pul yığanda evə getməkdən qorxurmuş, çünki onu döyüb, işgəncə verirmişlər. Buna görə də valideyləri tapıldığı halda məsuliyyətə cəlb ediləcək. Uşağın bədənində yanıq izləri, zorakılıq əlamətləri də var”.

Xəbər lenti