Xəzər Xəbər

Boğaz ağrısını sağaldan təbii dərman XALQ TƏBABƏTİ

Cəmiyyət | 15:45 • 6 Oktyabr 2017
Boğaz ağrısını sağaldan təbii dərman

Havaların sərinləməsi ilə bərabər boğaz ağrısı da özünü göstərməyə başlayıb.

Boğaz ağrısına faydalı xalq təbabəti üsullarını təqdim edirik.

Bal, boğaz ağrısını sağaltmaq üçün istifadə edilən təbii qidalardandır. Bal xüsusilə, isti su və alma sirkəsi ilə birləşdiyi zaman daha təsirli olur. Ancaq bu qarışığı bir yaşdan balaca uşaqlara vermək olmaz.

Limon suyu soyuq və qrip zamanı əmələ gələn boğaz ağrısını azaldan içkidir. Limon C vitamini və antioksidantlarla zəngindir. Həmçinin, tüpürcək miqdarını da artırır və selikli qışanın nəmli qalmasına yardımçı olur. Limon suyunu ilıq su və biraz bal, duzlu su ilə qataraq faydalarını artıra bilərsiniz.

Zəncəfil çayı boğaz ağrısının dərmanıdır. Çayın tərkibi zəncəfil kökü, 1 lt su, 1 şorba qaşığı bal, dadlandırıcı və sıxılmış limon suyundan ibarətdir.

Zəncəfil kökünü soyub sürtgəcdən keçirin və qaba qoyun. Qazanda su qaynadın, ocağın altını söndürün. Qazana bir şorba qaşığı zəncəfili əlavə edib qapaqla örtün. 10 dəqiqə saxlayın. Dadlandırıcı və limon suyu əlavə edib qarışdırın. Bu çay ehtiyac olduqda isidilə bilər və ya soyuq halda içmək olar. Zəncəfil çayı infeksiya ilə mübarizə aparır, iltihablanmanı azaldır, boğaz ağrısını sağaldır./Metbuat.az

Xəbər lenti