Xəzər Xəbər

Sentyabrda evlənmək istəyən 7 nəfərdə QİÇS aşkarlandı

Cəmiyyət | 15:38 • 6 Oktyabr 2017
Sentyabrda evlənmək istəyən 7 nəfərdə QİÇS aşkarlandı

Respublika üzrə sentyabr ayında 8843 nəfər nikahdan əvvəl tibbi müayinədən keçib. Mərkəzi Qan Bankından Lent.az-a verilən məlumata görə, müayinələrdən keçmiş şəxslərdən 240 nəfərdə talassemiya daşıyıcılığı, 26 nəfərdə sifilis, 7 nəfərdə isə QİÇS aşkar olunub.

Qeyd edək ki, nikahdan əvvəl tibbi müayinə zamanı hər bir vətəndaşdan alınan qan nümunəsi 4 infeksiyaya (Hepatit B, Hepatit C, HİV və Sifilis) qarşı yoxlanılır.

Xəbər lenti