Xəzər Xəbər

Valideynlərin nəzərinə: bu il məktəbli formasında qiymət artımı olmayacaq

Cəmiyyət | 11:46 • 16 Avqust 2017
Valideynlərin nəzərinə:

Bu il məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib. Aşağı siniflər üçün bir dəstin qiyməti 40 manat, yuxarı sinif şagirdləri üçün isə 46 manat təşkil edir. Məktəbli formaları aşağı və yuxarı siniflər üçün ümumilikdə dörd modeldə tikilir.

Bu barədə AZƏRTAC-a Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov məlumat verib.

O bildirib ki, BTE bu il də şagirdləri məktəbli forması ilə təmin etmək üçün hazırdır. Məktəbli formalarının satışı zamanı sıxlığın aradan qaldırılması və vətəndaşların rahat alış-veriş etmələri üçün BTE-nin Bakı, Sumqayıt və Xirdalanda 15 filialı fəaliyyət göstərir. Məktəbli geyimlərini və onun aksessuarlarını dəst və fərdi şəklidə almaq olar. Eyni zamanda, ilboyu BTE-nin bütün satış mərkəzlərində məktəbli forması və aksessuarları satılır.

Qeyd edək ki, BTE-nin ”Qaynar xətt”i də fəaliyyət göstərir. Maraqlananlar (012) 597-45-39 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Xəbər lenti