Xəzər Xəbər

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaq? VİDEO

Veb TV | 20:39 • 4 May 2024
Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaq?

İndiyə qədər Bakıda genişləndirilən heç bir yol tıxac problemini həll etməyib. Ekspertlər yeni salınan yolun da tıxacı aradan qaldırmayacağı qənaətindədirlər.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər salınacaq yeni yoldan gedir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, əvvəllər də bəzi yollarda hərəkət zolaqları dəfələrlə genişləndirilib. Lakin mümkün tıxac probleminin qarşısını almaq mümkün olmayıb.

Ekspert bildirib ki, yeni yol bəzi küçələrin nəqliyyat yükünü azaldacaq. Amma tıxacın həlli üçün piyadayönümlü şəhər infrastrukturu qurulmalıdır.

Qeyd edək ki, yolun ümumi uzunluğu 3896 metr olacaq. Hazırda layihə çərçivəsində  "Ulduz" metrostansiyasından Ələsgər Qayıbov küçəsi istiqamətində ağır texnikaların və avadanlıqların əraziyə daşınması işləri görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti