Xəzər Xəbər

Hamı Vasif Tağıyevin qəhrəmanlığından danışır... VİDEO

O, əliyalın olaraq silahlı şəxsin üzərinə atılaraq səfirlik əməkdaşlarının həyatlarını xilas etdi
Veb TV | 12:29 • 28 Yanvar 2023
Hamı Vasif Tağıyevin qəhrəmanlığından danışır...

Silahlı şəxs içəri hücum edir. Hətta silahı ilə bir neçə dəfə atəş açır.

O isə əliyalın şəkildə, öz həyatını riskə ataraq anidən həmin şəxsin üzərinə atlayaraq onu zərərsizləşdirməyə çalışır və terror aktı zamanı daha çox insanın xəsarət almasına mane ola bilir. Nəticədə özü avtomat qundağı zərbəsindən və şüşə qırıntısından xəsarət alır.

Söhbət İrandakı səfirliyimizdə baş verən terror aktı zamanı terrorçunu zərəzişləşdirən şuşalı qəhrəmanımız Vasif Tağıyevdən gedir.

Qeyd edək ki, "Xəzər Xəbər"in əməkdaşları Vasif Tağıyevin evində olub, onun valideynləri ilə söhbətləşib. 

Vasifin ailəsinin sözlərinə görə, hadisə baş verən yer səfirliyin əsas giriş hissəsi olub.

Natiq Tağıyevin sözlərinə görə, hadisə baş verən an səfirlikdə Vasif daxil olmaq 3 mühafizəçi olub. Onların rəisi Orxan Əsgərov həyatını itirib, başqa mühafizəçi yoldaşı isə hadisə zamanı qolundan yaralanıb.

3 övladı olan Vasifin uşaqları indi qəhəraman ataları ilə fəxr edir və tezliklə onun evə qayıtmasını gözləyirlər.

Qeyd edək ki, Vasif Tağıyev hazırda xəstəxanda müayinə edilir. Vasif 10 ildir ki, İstanbul, Ukrayna, Moskva, Gürcüstandakı səfirliklərimizdə də mühafizəçi  olaraq çalışıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti