Xəzər Xəbər

Sevda Yahyayeva hamıdan gizlətdiyi sirri açıqladı

Şou Biznes | 08:33 • 3 Oktyabr 2022
Sevda Yahyayeva hamıdan gizlətdiyi sirri açıqladı
Müğənni Sevda Yahyayeva paylaşımı ilə diqqət çəkib.
 
Bir neçə gündən sonra ana olacaq sənətçi həkim-genetik həyat yoldaşı Zakir Bayramovla bir araya gələrək, "Baby" (uşaq - red.) yazılmış plakatın önündə ondan birədək geri sayaraq övladının dünyaya gələcəyini qeyd edib.
 
Onlar həmin anları sosial şəbəkə hesablarında izləyiciləri ilə bölüşüblər.
 
Sevda paylaşımına "Sağ-salamat gəl dünyaya. Sağlam və xeyirli övlad ol, İnşallah. Səni səbrsizliklə gözləyirik" şərhini yazıb.
 
Digər yayımladığı videoda isə Yahyayeva tortun görüntülərini paylaşıb və gələcək övladının qız olacağını deyib.

Xəbər lenti