Xəzər Xəbər

Türk lirəsi bu tarixə qədər 55 faizdən çox ucuzlaşacaq: Hökumətdən YENİ PROQNOZ

İqtisadiyyat | 19:05 • 5 Sentyabr 2022
Türk lirəsi bu tarixə qədər 55 faizdən çox ucuzlaşacaq: Hökumətdən YENİ PROQNOZ

Türk lirəsi 2026-cı ilə qədər daha 55 faiz ucuzlaşacaq. 

Bununla bağlı proqnoz Türkiyə hökumətinin hazırladığı 2023-2025-ci illəri əhatə edən Orta Müddətli Proqramda əksini tapıb. 

Hökumətin proqnozuna əsasən, bu il dollar/lirə kursu 16,62 olacaq. Məzənnə 2023-cü ildə 21,52-yə, 2024-cü ildə 24,62-yə, 2025-ci ilin yekununda isə 25,77-yə qədər yüksələcək. 

Proqnozdan belə məlum olur ki, qarşıdakı 3 ildə dollar lirəyə nisbətən daha 55 faiz bahalaşacaq.

 

Xatırladaq ki, hazırda dollar/lirə kursu 18,2-dir. Təcrübə göstərir ki, Türkiyə hökumətinin məzənnə ilə bağlı proqnozu əksər hallarda özünü doğrultmur və fərq daha böyük olur. Buna görə də, qarşıdakı illərdə lirənin daha çox ucuzlaşacağını təxmin etmək mümkündür./Sfera.az

Xəbər lenti