Xəzər Xəbər

Azərbaycandan İrana keçməyə cəhd edən Hindistan vətəndaşı saxlanılıb FOTO

Hadisə | 13:13 • 22 May 2023
Azərbaycandan İrana keçməyə cəhd edən Hindistan vətəndaşı saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi və qеyri-lеqal miqrasiyaya qarşı mübarizə tədbirləri davam еtdirilir. 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Xezerxeber.az-a verilən məlumata görə, may ayının 22-də saat 00:45-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan Respublikası vətəndaşı 1976-cı il təvəllüdlü Harminder Singh saxlanılmışdır.

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan İrana qeyri-qanuni yolla keçmək niyyətində olduğu müəyyən edilmişdir.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Xəbər lenti