Xəzər Xəbər

Konsulun vəzifələri artırılıb

Gündəm | 13:00 • 29 Aprel 2024
Konsulun vəzifələri artırılıb

Karantin qoyulan xəstəliklər əvvəllər bu xəstəliklərin olmadığı ərazilərdə meydana çıxdıqda konsul xəstəliyin yayıldığı rayonun adını, xəstəliyə tutulmuşların sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, bu barədə dərhal Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidir.

Xezerxeber.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb.

İndiyə qədər karantin qoyulan xəstəliklər əvvəllər bu xəstəliklərin olmadığı ərazilərdə meydana çıxdıqda konsul xəstəliyin yayıldığı rayonun adını, xəstəliyə tutulmuşların sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, bu barədə dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məlumat verib.

Xəbər lenti