Xəzər Xəbər

Ararat Mirzoyan və Ceyhun Bayramov Almatıda görüşəcəklər

Gündəm | 12:30 • 29 Aprel 2024
Ararat Mirzoyan və Ceyhun Bayramov Almatıda görüşəcəklər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almatıda görüşəcəklər.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan "Armenpress"ə müsahibəsində deyib.

Qeyd edək ki, Qazaxıstan tərəfinin təklifi Bakı və İrəvan tərəfindən nəzərdən keçirildikdən sonra müsbət qərar verilib.

Xəbər lenti