Xəzər Xəbər

Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Dünya | 09:05 • 4 May 2024
Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna Rusiya Federasiyası ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir. Düşmən hücum əməliyyatlarını genişləndirməyi planlaşdırır.

Xezerxeber.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Dövlət Sərhəd Xidməti Günü münasibətilə sərhədçilərə müraciətində söyləyib.

“Bu gün artıq müharibənin 800-cü günüdür. Bu, dövlətimizin keçməli olduğu son dərəcə çətin yoldur və müharibəni Ukrayna şərtləri əsasında ədalətli şəkildə başa çatdırmaq üçün hələ keçilməli olan yoldur. İndi biz müharibənin yeni mərhələsi ilə üz-üzəyik, işğalçı hücum hərəkətlərini genişləndirmək cəhdinə hazırlaşır”, - deyə Zelenski əlavə edib.

O bildirib ki, bu gün bütün ukraynalılar, eləcə də Ukraynanın müttəfiqləri Rusiyanın planlarını pozmaq üçün mümkün olan hər şeyi etməlidir.

Xəbər lenti