Xəzər Xəbər

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Dünya | 09:17 • 29 Mart 2024
Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Rusiya mümkün terror aktı ilə bağlı ABŞ kəşfiyyat orqanlarının məlumatlarına məhəl qoymayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlər üçün keçirilən brifinqdə deyib.

"Əlbəttə ki, günahsız insanların həyatının xilası üçün paylaşılması lazım olduğunu düşündüyümüz məlumatımız varsa, biz bunu edirik", - deyə o vurğulayıb.

O, Amerika administrasiyasının nümayəndələrinin ABŞ-nin Rusiyaya gözlənilən terror aktına dair məlumat ötürməsi ilə bağlı əvvəlki bəyanatlarını xatırladıb. “Nə üçün buna məhəl qoyulmaması ilə bağlı sual qarşı tərəfə ünvanlanmalıdır”, - deyən Rayder “Crocus City Hall”da terror aktının İŞİD yaraqlıları tərəfindən törədildiyi versiyasını təkrarlayıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024