Xəzər Xəbər

Salyanda mikroavtobuslar toqquşub XƏSARƏT ALANLAR VAR

Cəmiyyət | 20:47 • 29 Mart 2024
Salyanda mikroavtobuslar toqquşub

Ələt-Astara avtomobil yolunda mikroavtobuslar toqquşub.

Hadisə Ələt-Astara avtomobil yolunun 56-cı kilometrliyində Salyan rayonu ərazisində baş verib.

Nəticədə 10 nəfər xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Mikroavtobuslardan birində şirkətlərdən birinə məxsus işçilər olub.

Faktla bağlı araşdırma aparılır. (apa)

Xəbər lenti